Dünyanın ən ucuz mikrokompüteri yaradıldı

{title

42-ciparalel.az
 

Ucuz mikrokompüterlərin yaradılması ilə məşğul olan "Raspberry Pi Foundation" təşkilatı "Raspberry Pi Zero" adlı yeni modelini təqdim edib.  Bu modelin dəyəri 5 ABŞ dolları məbləğində qiymətləndirilir.


"Raspberry Pi Zero" modeli 1 QHs takt tezlikli "ARM11 core" prosessoru ilə təchiz edilib. Əməliyyat yaddaşının tutumu 512 MB təşkil edir, həmçinin "microSD" formatında yaddaş kartları üçün slot, enerji doldurulması və periferiya avadanlığının qoşulması üçün 2 ədəd "microUSB" konnektoru, "mini-HDMI" konnektoru quraşdırılıb. Cihazın ölçüsü 65x30x5 mm-dir.

 

Bu mikrokompüter "Raspbian" adlı Linux distributivi əsasında işləyir və "Raspberry Pi"nin başqa modelləri üçün hazırlanmış proqramların əksəriyyətini dəstəkləyir.