Qazanxanalara qazın verilişi bərpa olunur

42-ciparalel.az
Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi və"Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.
Qazanxanalara bu gündən qaz veriləcək
Mənzillərin istiliklə təminatı noyabr ayının 15-dən başlamalı idi. Lakin "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz” İB-nə borcu oduğu üçün qazanxanalarına qazın verilməsində məhdudiyyətlər var idi.
Noyabrın 23-də istiliyin yaxın zamanda təmin ediləcəyi ilə bağlı "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev və "Azəristiliktəchizat" ASC-nin şöbə müdiri Rafiq Əliyevin versələr də, bu baş verməmişdi.
Hər iki idarənin rəsmisi qurumlar arasında razılığa gəldiyini və yaxın 2-3 gün ərzində evlərin, müəssisələrin istilik probleminin həll olunacağına söz vermişdilər.
Hazırda ölkə üzrə 535 qazanxanadan 291-i işləyir. Bakıda 340 qazanxanadan 126-sı, regionlarda 195 qazanxanadan 165-i işlək vəziyyətdədir. Amma nəzərə alaq ki, söhbət orta və kiçik həcmli qazanxanalardan gedir. Bakıda 3140 binadan isə cəmi 632-nə istilik verilir.