"Qəbələ" şansını itirdi (FOTO)

42-ciparalel.az
Bu gün Avropa Liqasında V turun oyunları start götürüb.
Bu gün Avropa Liqasında V turun oyunları start götürüb. Turnirdə Azərbaycanı təmsil edən "Qəbələ" səfərdə PAOK klubunun qonağı olacaq.
Yunanıstanın Saloniki şəhərində "Tumba” stadionunda danimarkalı FIFA referisi Yakob Kehletin idarə edəcəyi görüş Bakı vaхtı ilə saat 00.05-də başlayacaq.
Amma həm "Qəbələ", həm də PAOK 1/16 final şansını artıq itirib. "Krasnodar" bu gün Dortmund" "Borussiya"sını 1:0 hesabı ilə yenərək almanların ardınca mərhələyə adlayan ikinci komanda olub. "Krasnodar" qoluna 2-ci dəqiqədə Pavel Mamayev imza atıb.

"Tumba” stadionu
Avropa Liqası
Qrup mərhələsi
C qrupu, V tur
26 noyabr
00.05 PAOK (Yunanıstan) - Qəbələ (Azərbaycan)
Hakimlər: Yakob Kehlet, Henrik Larsen, Lars Riks, Lars Hummelqard (Danimarka).
Əlavə hakim köməkçiləri: Mads-Kristoffer Kristoffersen, Peter Kyesqard-Andersen (Danimarka).
Hakim-inspektor: Uilyam Yanqa (Şotlandiya).
UEFA nümayəndəsi: Kris Bellon (Belçika).
Saloniki. "Tumba” stadionu.