Mədət Quliyev: "MTN-də çalışan bir neçə nəfər cinayət edib"

{title

42-ciparalel.az
 

     Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev nazirliklərdə baş verənləri şərh edib.

"Olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir"

Bunu ədliyyə işçilərinin peşə bayramı münasibətilə bu gün Bakıda təşkil edilən velosiped yürüşündə iştirak edən milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenantMədət Quliyev deyib.

Azərbaycan xalqının hər zaman MTN-ə inandığını deyən Mədət Quliyev, hər kəsin əməlinə hüquqi qiymət veriləcəyini bildirib : "Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək".

O həmçinin əlavə edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: "MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.

Bundan əlavə milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev bir neçə gün əvvəl ölkədə baş vermiş internet problemi ilə bağlı fikirlərini açıqlayıb.

M. Quliyev bildirib ki, internet kəsintisi "Delta Telekom”da qısaqapanmadan yaranan yanğın nəticəsində baş verib.

"Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”, - deyə o bildirib.