Məşhur futbolçu "böyük oyun" da.

42-ciparalel.az
Məşhur türk futbolçusu Ümit Karan Azərbaycana gəlib. "Qalatasaray”ın və Türkiyə yığmasının sabiq hücumçusu paytaxtımıza gəzmək üçün gəlib.
Karan Bakıdakı "Ekselsior” otelində qalır. Azərbaycan millisinin sabiq futbolçusu Mahir Şükürov da sosial şəbəkələrdə Karanla şəkilni paylaşaraq, "Ümit Karan gəldin bizi ziyarətə, sabah səni aparacam uzaqlara, dincəl qardaşım”- şərhini qeyd edib.

Mahirin Karanla birgə yaydığı şəkil
Bir neçə gün Bakıda qalacağ Karanın dostlarını ziyarət edəcəyi həmçinin Azərbaycan çempionatının oyunlarını izləyəcəyi bildirilir. Karanın həmçinin sabah Lənkərana gedərək turun mərkəzi qarşılaşması "Xəzər Lənkəran" - "Neftçi" oyununu izləyəcəyi gözlənilir.
Paytaxtımıza daha bir türkiyəli məşhur simanın gələcəyi gözlənilir. Qardaş ölkə millisinin baş məşqçisi Fatih Terimin ölkəmizə səfəri planlaşdırılıb. Ancaq bu səfərin hansı tarixdə olacağı barədə hələ dəqiq məlumat yoxdur.