Sabah "böyük oyun" olacaq

42-ciparalel.az
Turun ilk oyunu başa çatdı.
Azərbaycan Premyer Liqasında XIII turun oyunlarında idarəçilik edəcək hakimlər açıqlanıb.
Sabah Lənkəranda keçiriləcək turun mərkəzi qarşılaşması "Xəzər Lənkəran" - "Neftçi" oyunu Əliyar Ağayevə tapşırılıb.
"Qarabağ" - "Kəpəz" oyununda Orхan Məmmədov, "Sumqayıt" - "Qəbələ" görüşündə Elvin Əsgərov fit çalacaq. "Rəvan" - "Zirə" oyununda ədaləti Ramil Diniyev qoruyacaq. "İnter" - AZAL oyununa isə Rəvan Həmzəzadə təyinat alıb.

Keçən il keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyunundan gərgin anlar
Turun ilk oyununda "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Hesabı 29-cu dəqiqədə Ugur Pamuk açıb. "Qəbələ" 39-cu dəqiqədə bərabərliyi təmin edib. "Qırmızı-qaralar" Cəmil Hacıyevin avtoqoluna sevinib. 69-cu dəqiqədə sumqayıtlılar Agabala Ramazanovun qolu ilə yenidən hesabda önə keçib. İki dəqiqə sonra isə Samir Zərgərov son nöqtəni qoyub. Bununla da "Qəbələ"nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası 5-ə çatıb (4 heç-heçə, 1 məğlubiyyət).
21 noyabr
Sumqayıt - Qəbələ 2:2
Qollar: Uğur Pamuk, 29. Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 39 (avtoqol). Samir Zərgərov, 71.
22 noyabr
Xəzər Lənkəran - Neftçi
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev.
Xəzər Lənkəran mərkəzi stadionu. Saat 18.00.
Rəvan - Zirə
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov.
"Bayıl Arena". Saat 20.00.
23 noyabr
İnter - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.
"İnter Arena". Saat 17.00.