"Beşiktaş" fanatlarının Azərbaycana transfer xəbəri yalan çıxdı

42-ciparalel.az
"Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib".
"Qəbələ" klubunun prezidenti özünü Türkiyənin məşhur "Beşiktaş" klubunun fanataları kimi təqdim edən şəxslərlə görüşməyib. Bu barədə açıqlama Azərbaycan klubundan verilib. Açıqlamada deyilir ki, 20 noyabr 2015 tarixdə Türkiyənin "Hürriyet” qəzetində "Beşiktaş taraftarları transfer oldu” başlıqlı məqalə dərc olunub.
"Yazıda özünü "Beşiktaş” azarkeşi kimi təqdim edən Sedat Özdemir bir neçə digər azarkeşlə klubumuzun prezidenti Tale Heydərovla görüşdüklərini və müəyyən şərtlər müqabilində komandamızı oyunlarda dəstəkləyəcəklərini, klubumuzu dəstəkləyən tərəfdar qrupları ilə öz təcrübələrini bölüşəcəklərini bildirib. Təəssüf və təəccüblə bildiririk ki, dərc olunan yazı həqiqətdən uzaqdır. Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib".

Xatırlatmaq istərdik ki, 6 avqust 2015-ci il tarixdə UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş "Qəbələ”-"Apollon” (Kipr) matçından əvvəl klubumuza heç bir bağlılığı olmayan fan-klublardan biri tərəfindən oyuna "Beşiktaş” azarkeşlərinin gələcəyi barədə bizə məlumat verilib.
"Həqiqətən də bir qrup türkiyəli azarkeş yalnız "Apollon”la görüşdə digər fan-klublarla bərabər komandamızı dəstəkləyib və bunun qarşılığında klub tərəfindən sözügedən azarkeşlərə hər hansı maddi vəsait ödənməyib.
Bir daha vurğulamaq istərdik ki, klubumuzun yazıda qeyd olunan şəxslərlə heç bir müstəvidə əməkdaşlığı mövcud deyil və xəbər həqiqəti əks etdirmir".

Dünən yayılan xəbərdə Türkiyənin ən məşhur klublarından olan "Beşiktaş"ın dünyaca məşhur azarkeşlərinin Azərbaycanın "Qəbələ"nin azarkeşlərinə dəstək dərsi verdiyi qeyd edilib. Yazıda qeyd edilib ki, bunun müqabilində isə onlara müəyyən ödənişlər ediləlidir.
Fanat qrupu ilə "Qəbələ" arasında razılaşmanın şərtləri də göstərilmişdi.Transfer edilən qrupun razılaşmasına aşağıdakıların daxil olduğu yazılırdı.