Mark Zukerberq "dekretə" gedəcək

42-ciparalel.az
Dünyanın ən varlı gənclərindən biri doğulacaq qızına görə bu addımı atacaq.
Mark Zukerberq "dekretə" gedəcək. "Facebook"un banisi Mark Zukerberq qızı anadan olduqdan sonra iki aylıq məzuniyyətə çıxmaq fikrindədir.
Bu barədə dünyanən ən zəngin gənclərindən biri öz şəxsi səhifəsində məlumat paylaşıb.

"Tədqiqatlar göstərir ki, əgər işləyən valideynlər yeni doğulmuş uşaqla vaxt keçirilərsə, bu uşaq və ailə üçün daha yaxşıdır", - deyə o, bildirib. Mark bu qərara həyat yoldaşı Prissilloy Çan ilə birgə gəlib.
Bundan başqa, məşhur ixtiracı səhifəsində uşaq arabası şəklini də paylaşaraq, yaxınlıqda doğulacaq olan qızının dünyaya gəlişinə tam hazır olduğunu vurğulayıb.
Mark Sukerberq və Prissilloy Çan hələ Harvard universitetində tələbə olarkən tanış olublar. 10 il görüşdükdən sonra, gənclər evlənməyə qərar veriblər.

Mark Sukerberq və Prissilloy Çan toy mərasimi
Mark Zukerberq - ictimai paylaşma saytı, sosial şəbəkə olan Facebook-un qurucusu, amerikalı sahibkardır. Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebooku quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır.