Parisdə özünü partladan qadın heç vaxt radikal islamçı olmayıb ( FOTO )

{title

42-ciparalel.az
 
Parisdə özünü partladan terrorçunun intim şəkili yayılıb. Fotoşəkil Parisdə güc strukturlarının keçirdiyi antiterror əməliyyatı zamanı özünü partladan kamikadze Həsna Eytbulaşenə məxsusdur. Onun açıq-saçıq fotosu vanna qəbul etdiyi çəkilib. Bu şəkili The Daily Mail-də dərc olunub. 

Terrorçunun qardaşı Yusif bildirib ki, bacısı heç vaxt din ilə maraqlanmayıb və öz həyatını yaşayıb. Onun sözlərinə görə, o, heç vaxt Qurani Kərim belə oxumayıb. 
"O heç vaxt məsləhətlərə qulaq asan olmayıb. Onun öz dünyası olub”.

Həsna Eytbulaşenin qonşusu da onun radikallıqdan uzaq olduğunu deyib. Qadının sözlərinə görə, qonşusu olan qız insanlarla münasibət qurmağı çox sevirdi. Spirtli içkilər içir, siqaret çəkir, diskotekalarda əylənirdi. "Hətta onun rəfiqələri "Kauboy" adlandırırdılar. O, böyük şlyapa taxmağı sevirdi". 

Fransanı qana bulayan və 132 nəfərin ölümünə səbəb olan terror hadisəsindən bir neçə gün sonra Parisin Sen-Deni səmtində polis şəfəq əməliyyatı keçirib. Əməliyyat zamanı 6 polis yaralanıb, 3 terrorçu öldürülüb. Terrorçulardan biri özünü partladıb. Bu şəxs 26 yaşlı Həsna Eytbulaşe idi.

Həsna Eytbulaşen- özünü partladan qadın. 

13 noyabrda Paris və ətrafında törədilən silsilə hücumlar nəticəsində ən azı 132 nəfər ölüb. Hücumların əsas hədəfləri "Bataclan” konsert salonu olub. Bundan başqa terror aktları "Kamboca" restoranı, "Le Karilyon” barı, "Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi, ölkə başçısı Fransua Ollandın da tamaşaçı qismində iştirak etdiyi "Stad De Fransa” stadionun qarşısı olub. 

Terror aktları törədənlərdən üç nəfəri Belçikanın paytaxtı Brüsseldə yaşayıb. Onların miqranların yaşadığı ərazidən gəldiyi güman edilir.Həmçinin, Parisin mərkəzində yerləşən "Stad de Frans” stadionu yaxınlığında partlayış törədən terrorçulardan birinin üzərində Misir pasportu aşkarlanıb. Bundan əvvəl Yunanıstan rəsmiləri Parisdəki terror aktlarının törədilməsində iştirak edən və üzərində Suriya pasportu aşkarlanan terrorçunun bu ilin oktyabrında Yunanıstandan keçərək Avropaya gəldiyini bildiriblər.