İtaliya ilə oyun AFFA-ya 150 min 729 AZN qazandırdı

{title

Xəbər verdiyimiz kimi, AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan–İtaliya oyununda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alındı. 

Xalqxeber.az xəbər verir ki, ilk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izləyib.

AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı daha bir statistik məlumatı ictimaiyyətin diqqətinə çatdırır. 

Qeyd olunmuş oyuna 150 min 729 AZN məbləğində bilet satılıb.