İlham Əliyevə mükafat verildi

42-ciparalel.az
Mükafat ölkə başçısının "Amcham-Azerbaijan"a göstərilən dəstəyə görə verilib.
Amerika-Azərbaycan ticarət palatası ("Amcham Azerbaijan") prezident İlham Əliyevi "Leadership" mükafatı ilə təltif edib.
Mükafat ölkə başçısının "Amcham-Azerbaijan"a göstərilən dəstəyə görə verilib.
Mükafat prezident İlham Əliyevin nümayəndəsi qismində çıxış edən maliyyə naziri Samir Şərifova təqdim olunub.
"Bu palatanı təsis edən gündən Ulu öndər Heydər Əliyev bizə daim dəstək olub. Eyni münasibəti biz prezident İlham Əliyevdən gördük", - deyə palatanın təsisçisi Reza Veziri deyib.
Öz növbəsində S. Şərifov qeyd edib ki, prezident İlham Əliyev bu şərəfli mükafatı qəbul etmək üçün tapşırıq verib. Bundan sonra mükafat təqdim edilib. / APA


Mükafat Samir Şərifova təqdim edilib
Prezident İlham Əliyev bu ilin aprel ayında da mükafata layiq görülüb. Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyası son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən İlham Əliyevi "Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görüb.
Bu ilin mayın 22-də isə İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.
İlham Əliyev bu ilin iyunun 27-də isə Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson İlham Əliyevə ali paralimpiya mükafatını təqdim edib.