“Enerjiyə borcu olanların işığı kəsiləcək”

42-ciparalel.az
"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti borclu abonentlərə xəbərdarlıq edib.
Qrumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, yaxın 3 gün ərzində debütor borclar ödənilməlidir. Əks təqdirdə eletrik enerjisinin verilişi qeyd-şərtsiz dayandırılacaq:
"Hər ilin sonunda borcu olan abonentlərə xəbərdarlıq edirik ki, ödəsinlər. Noyabr ayının 23-də xəbərdarlığın müddəti bitir".
Odur ki, elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaq üçün yaxın 3 gün ərzində elektrik enerjisi haqlarını dərhal ödəyin. Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin, borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görüləcək.