Həsən Kərimov vəfat edib

42-ciparalel.az
AXCP Ali Məclisinin sədri xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib.
Xəbər facebook sosial şəbəkəsində yayılıb. Bildirilib ki, qəfildən halı pisləşən Həsən Kərimov xəstəxanaya aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həsən Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi.
Həsən Kərimov 2009-cu ilin iyun ayında iki oğlunu itirib. 2009-cu ilin iyun ayının 29-dan 30-na keçən gecə Həsən Kərimovun böyük oğlu İftixar Kərimov qəfil infarkt keçirərək dünyasını dəyişib.
Kiçik oğlu Rəşad Kərimov isə bir müddət itkin sayılıb. Daha sonra onun meyiti Neftçilər prospektində tapılıb.

Həsən Kərimov bir neçə il idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Bir neçə dəfə xəstəxanaya yerləşdirilən AXCP Ali Məclisinin sədri 3 dəfə infarkt keçirmişdi.