Zidan "Real Madrid"in məşqçisi ola bilər

{title

42-ciparalel.az
 

"Kral klubunun" prezidenti klubun sərgilədiyi oyundan razı deyil.

"Real Madrid" klubu "Barselona" ilə oyundan məğlub ayrılsa, klubun hazırki baş məşqçisi Rafael Benites istefaya göndərilə bilər. Onun postuna isə namizəd Zinəddin Zidandır.

Xəbərdə "kral klubunun" prezidenti Florentino Peres Rafael Benitesin klubun hazırda sərgilədiyi oyundan narazı olduğunu bildirib. Peres Benitesin futbolçuları nəzarət altında saxlayacağına ümid edsə də, baş məşqçi bir çox futbolçularla konflikt yaşayıb.

55 yaşlı məşqçinin "Real Madrid" klubunda taleyinə isə 21 noyabr tarixində baş tutacaq "Real Madrid" - "Barselona" oyununda sonra aydınlıq gələcək. Əgər Madrid klubu "el klassiko"da məğlub olsa, o zaman klub Rafael Beniteslə yollarını ayıra bilər. Benitesin postuna namizəd isə Zinəddin Zidan göstərilir.

Rafael Benites - "Real Madrid" klubunun baş məşqçisi


Florentino Peres - "Real Madrid" klubunun prezidenti