Daha bir yüksək vəzifəli məmur həbs edildi

{title

42-ciparalel.az
 
Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin vəzifəli şəxsi həbs edilib.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində bu gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F. Seyidov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəistintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Məhəmməd Məmmədov - "Aztelekom” MMC-nin baş direktoru

Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov da saxlanılıb. M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb.

Onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb. Saxlanılanlar arasında Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da var.

Onların saxlanmasında Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar olduğu da qeyd edilir. Onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

Bir neçə gün öncə isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən azad edilib. Nazirliyin bir neçə əməkdaşı da işdən çıxarılıb. 

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbsi barədə xəbərlər yayılıb. Vidadi Zeynalov barəsində artıq 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının çoxu telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar dindirilib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov da işdən çıxarılıb.