1000 kişiyə 1009 qadın düşür

{title

42-ciparalel.az
 

9 ay ərzində ölkədə 123,3 min körpə doğulub  və əhalinin hər 1000 nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir.

 

İlin əvvəlindən əhalinin sayı 83,5 min nəfər və ya 0,9 faiz artaraq bu il oktyabr ayının 1-nə olan məlumata görə, 9676,5 min nəfərə çatıb. Bu sayın 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir.

 

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.