Azərbaycan yenə internetsiz qaldı

{title

42-ciparalel.az
 

Bu gün saat 16:00-da 15-20 dəqiqə ərzində yenidən internetə giriş problemi yaşanıb.

Bu gün Azərbaycanda növbəti internet böhranı baş verib. Saat 16:00-dan sonra internetlə təminatda ciddi problemlər yaranıb. Məhdudiyyət dünəndən fərqli olaraq 15-20 dəqiqə davam edib. 

Bənzər hadisə ötən gündə yaşanıb. Beş saat ərzində ölkənin böyük hissəsində internet olmayıb. Buna səbəb isə Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator –"Delta-Telekom” MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənməsi olub. 

Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb. Hadisəyə dərhal reaksiya verilərək qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülüb, 
Hadisə zamanı ölkəmizin tranzit marşrutu üzrə fəaliyyətində heç bir dayanma baş verməyib və normal xidmət göstərilməsi təmin olunub. Həmçinin digər operatorların alternativ kanalları üzrə ölkədə internet əlaqəsi mövcud olub və bu imkanlardan rabitənin təşkili üçün istifadə edilib.

Hazırda ölkədə internet əlaqəsi bərpa edilib və bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin edilib.
Hadisənin fəsadlarının aradan qaldırılması üzrə tamamlama işləri davam edir.