800 metr kabeli oğurlayan azərbaycanlı saxlanıldı ( FOTO )

{title

42-ciparalel.az
 

     Kabel oğurluğunda azərbaycanlıdan başqa Özbəkistan, Moldava vətəndaşıları var.

Rusiyada 800 metr telefon kabeli oğurlamaq istəyən şəxslər başında yaxalanıb. Oğrular arasında azərbaycalı da olub. 

Oğrular ümumilikdə 12 nəfər olublar. Onlar Volokolamski şosesi yaxınlıqında yerin altında telefon kabelini kəsib, "Qazel” markalı yük avtomobilinə yükləyərkən saxlanılıblar. Saxlanılan şəxslərin hamısının miqrant olduğu bildirilir. 

Polisin məlumatına görə, bu, saxlanılan şəxslərin ilk cinayəti deyil. Onlar ən azı 1 ay boyunca hər gün kabel oğurlayıblar. 

"Paytaxtdan şimal-qərbdə saxlanılan şəxslər ÖzbəkistanMoldava və Azərbaycan vətəndaşları kabel oğurluğunda günahlandırılır. Onlar Rusiya Federasiyasının qanunları çərçivəsində cəzalandırılacaq. Bir gün əvvəl axşam onlar cinayət başında saxlanılıb”, - deyə Rusiya DİN-nin məlumatında bildirilir.
Polisin sözlərinə görə, oğruların məqsədi kabellərdən ayırdıqları metalı satmaq olub. Hazırda telefon şirkətlərinə dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.