Əliyevlər Antalyada şam yeməyinə qatıldılar

{title

42-ciparalel.az
 
Türkiyə Prezidenti G20 iştirakçılarının şərəfinəşam yeməyi təşkil edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitnin iştirakçıları şərəfinə Antalyada şam yeməyi təşkil edib. Şam yeməyi sammitin keçirildiyi oteldə baş tutub. 

Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyevanın da qatıldığı axşam qəbulunda BMT-nin baş katibi Ban Qi Mun, Kanada baş naziri Castin Tryudo, Zimbabve prezidenti Robert Muqabe, Sinqapur baş naziri Li Syen Lu, Meksika Prezidenti Enrike Penya Nyeto, Yaponiya baş naziri Sindzo Abe, Cənubi Afrika Prezidenti Zuma Ceykob, Malazya baş naziri Necip Rezak, Seneqal Prezidenti Maki Sall , İndoneziya Prezidenti Coko Vidodo, AB komissiyasının sədri Jan-Klod Yunkervə digərləri də iştirak ediblər.

Şam yeməyindən sonra qonağlar mərmər və şüşədən hazırlanan ənənəvi Türkiyə sənətinin incəsənət nümunələrinin sərgisi ilə tanış olublar. Dünya liderləri əl işlərininə diqqətlə baxıblar və sərgidə olan işlərin müəllifləri ilə söhbət edərək eksponatlar haqda ətraflı məlumat əldə ediblər.