Almanlar yenə futbolçularımızı məyus etdi (VİDEO)

{title

42-ciparalel.az
 

Oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

21 yaşlı fubtolçulardan ibarət milli komandamız Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə almaniyalı həmyaşıdları ilə üz-üzə gəlib. Oyun "Kontinental Arena"da keçirilib.

Matça gəlincə, oyunda hesab artıq 30-cu dəqiqədə açılıb. Məqsəd İsayev adını tabloya yazdırmağı bacarıb. Almanların cavabı isə 7 dəqiqə sonra gəlib. Beləki, 37-ci dəqiqədə Timo Verner komanda yoldaşının ötürməsini qola çevirərək, oyunda status kvonu bərpa edib. 43-cü dəqiqədə Maksimilian Arnold, 63-cü dəqiqədə isə Timo Verner fəqrlənməyi bacarıblar. 

Beləliklə, Almaniya - Azərbaycan oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Bu 21 yaşlı futbolçulardan ibarət milli komandamızın Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 5-ci məğlubiyyətidir.
 
 
Almaniya - Azərbaycan oyunu

Bu oyundan sonra aktivinə 3 xal yazdıran Almaniya millisi 12 xalla 7-ci qrupunun lideridir, Azərbaycan millisi isə 3 xalla 5-cidir.