Qışda bu binalara istilik verilməyəcək

{title

42-ciparalel.az
 

Havalar yavaş -yavaş soyuyur.Noyabrın 15-dən etibarən ''Azəristiliktəchizat'' qış rejiminə keçəcək. Bu qurumun tabeliyində olan binalara istilik məhz həmin tarixdən etibarən veriləcək. Amma paytaxt Makıda müxtəlif MTK-lar tərəfindən tikilən çoxmərtəbəli binalarda qazanxana yoxdur. Bu isə o deməkdir sakinlər qışda mənzillərinin istiliyinin çarəsinə özləri qalmalıdır. Bəs tikinti məcəlləsində bu məsələ necə tənzimlənir ?

Paytaxtda olan əksər çoxmərtəbəli yeni binalarda qazanxana yoxdur. Qarşıdan soyuq havaların gələcəyini nəzərə alsaq, bu sakinlər üçün əlavə problemlər yarada bilər.

Xüsusilə istismara qəbul edilməyən qazanxanasız binalarda yaşayanlar deyir ki, mənzillərinin istiliyini müxtəlif yollarla təmin edirlər.

Ekspertlər deyir ki, müxtəlif MTK-lar tərəfindən tikilən çoxmərtəbəli binalarda qazanxananın olmaması tikinti məcəlləsinin tələblərinin pozulmadır.

Ekspetrlərin sözlərinə görə bunun geniş yayılmasını özünəməxsus səbəbləri var.

Belə binalar istismara qəbul edilmədiyindən , onlara qarşı hansısa tələb irəli sürmək mümkün olmur.