2017-ci ilin iyul ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

{title

2017-cı ilin iyul ayı ərzində 1 659 190 m2 (165.91 Ha) ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 517 ədəd PHS, 1 ədəd tank əleyhinə və         1 ədəd piyada əleyhinə mina (cəmi 519 ədəd) aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 516 nəfər əməliyyat heyəti və 135 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 405 672 483 m2 (40 567.24 Ha) ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 926 -dır.

            İyul ayı ərzində təcili və təxirəsalınmaz əməliyyatlar üzrə 102 Xidməti Zəng Mərkəzindən 4 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4 müraciət və 102 Xidməti Zəng Mərkəzi ilə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən birgə 2 müraciət daxil olmuşdur. Müraciətlərin əsasında  8 895 m2  ərazi təmizlənmiş, 61 ədəd PHS, 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (cəmi 63 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşınaraq zərərsizləşdirilmişdir.

İyul ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Ağstafa, Cəbrayıl, Bərdə, Gəncə, Tərtər, Qazax, Şəmkir və Lənkəran rayonlarında, eləcə də Bakı şəhərində həyata keçirilmişdir.

 

MİNADAN ZƏRƏRÇƏKƏNLƏR

 

2017-cı ilin iyul ayı ərzində mina/PHS hadisəsi qeydə alınmamışdır. 42-Ciparalel.Az