2017-ci ilin iyun ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarinin gedişi

{title

2017-cı ilin iyun ayı ərzində 1 614 532 m2 (161.45 Ha) ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 418 ədəd PHS, 3 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina (cəmi 432 ədəd) aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 404 013 293 m2 (40 401.33 Ha) ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 407 -dür.

            Iyun ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng Mərkəzindən 3 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 10 müraciət və Qazax Rayon İcra Hakimiyyətindən 1 müraciət daxil olmuşdur.

Iyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam,  Ağstafa, Cəbrayıl, Gəncə, Goranboy, Tərtər, Qazax, Lənkəran rayonlarında, eləcə də Sumqayıt, Bakı şəhəri və Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.42-CiParalel.az