Yeniyetmə evdən qaçdı (FOTO)

42-ciparalel.az
Hazırda Sabunu rayon Polis İdarəsi əməkdaşları İsaTağıyevi axtarır.
Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb. O, evdən qaçaraq bir daha geri qayıtmayıb.
Ailə üzvlərinin söylədiyinə görə ayının 5-də, günorta saat 14 radələrində yaşadığı evin divarından tullanaraq qaçıb və bir daha geri qayıtmayıb. Onun evdən qaçmasına səbəb anasının yeniyetmənin siqaret çəkdiyini bilərək onu danlaması olub. Bunu qəbul etməyən İsa Tağıyev isə belə bir addım atıb.
Yeniyetmə evdən çıxarkən əynində göy rəngdə gödəkçə, cins şalvar, ayağında qara ayaqqabı olub.
Evdan qaçdıqdan iki gün sonra onu Nərimanov rayonu ərazisindəki dönər satışı ilə məşğul olan kafelərdən birinin işçisi görüb.
İsa Tağıyevin yoxa çıxması ilə bağlı Sabunçu rayon Polis İdarəsinə məlumat verilib.
Yeniyetməni görənlərdən Sabunu rayon Polis İdarəsinə yaxud da 070- 592- 81-62 mobil nömrəsinə zəng vurmaları xahiş edilir.

İtkin düşən İsa Tağıyev