Bakı metrosu pulsuz işləyəcək

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakı Metropoliteni daha bir yenilik edəcək. 42-CiParalel.Az-ın məlumatına görə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, oyunlar ərəfəsində, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində xüsusi geyim formasında olan könüllülər və Oyunların xüsusi buraxılış vərəqəsi olan akkreditə olunmuş nümayəndələri metropoliten stansiyalarından pulsuz istifadə edəcəklər.
N.Paşayevin sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri keçirilən günlərdə isə metronun "Koroğlu" stansiyası mərasimdən çıxan iştirakçılar üçün pulsuz olacaq.