Bağçalarda psixoloq çatışmır

Bağçalarda psixoloq çatışmazlığı var. Məlumdur ki, bağçalar uşaqların ailədən sonra ilk sosiallaşmağa başladıqları ikinci mühitdir. Bu mühitdə uşaqlar həmyaşıdları ilə ünsiyyətdə olurlar, onlarla dostlaşırlar və ya dalaşırlar vs. Yəni müxtəlif psixoloji situasiyalara düşürlər. Bu zaman onların psixoloji yardıma ehtiyacları olur.
Elə valideynləri də bu sual narahat edir: belə məqamlarda uşaqlara psixoloji yardımı kim göstərir?
Valideynlər bağçalarda psixoloqların olmamasını övladlarının psixi sağlamlıqları baxımından ciddi problem hesab edirlər. Onların sözlərinə görə, bağçaya gedən uşaqlarda bəzi hallarda aqressivlik müşahidə olunur.
Hazırda bağçalarda psixoloqların işlərini tərbiyəçi müəllimlər həyata keçirirlər ki, bu da yetərsiz qalır.Mütəxəssislər deyirlər ki, bağçalarda psixoloq ştatının yaradılması uşaqların inkişafı üçün mütləqdir.
Psixoloq Aida Nəbiyevanın sözlərinə görə, bağça dövründə baş qaldıran psixi problem uşağın məktəbdəki davranışlarına da təsir edə bilər.