Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az-a xəbər veriri ki,Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi-gün ərzində 2 793 ədəd qəlpə aşkar edilmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarilə 71 208 kv.m ərazi (10 508 kv.m əl ilə, 13 600 kv.m mexaniki üsulla və 47 100 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
CƏMİ: 51 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 36 ədəd tank əleyhinə mina (12 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 1 518 477 kv.m ərazi (449 420 kv.m əl ilə, 431 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 524 157 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 09 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 124 ədəd partlamamış hərbi sursat, 77 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 574 641 kv.m ərazi (505 584 kv.m əl ilə, 431 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 524 157 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.