2017-ci ilin mart ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarinin gedişi

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42-CiParalel.Az-a məlumat veririr ki,
2017-ci ilin mart ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarinin gedişi

 

 

2017-cı ilin mart ayı ərzində 1 686 047 m2 ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 3,437 ədəd PHS, 10 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 398 670 503 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 760 344 -dür.

Mart ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Qazax, Yevlax və Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

           

MİNADAN ZƏRƏRÇƏKƏNLƏR

 

2017-cı ilin mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınmışdır.