Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə

{title

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən 42-CiParalel.Az-a verilən məlumata görə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi – gün ərzində 1 512 ədəd qəlpə aşkar edilmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarilə 10 910 kv.m ərazi (410 kv.m əl ilə, 6 500 kv.m mexaniki üsulla və 4 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.

CƏMİ:          46 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 22 ədəd partlamamış hərbi sursat               (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi          (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və           1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM),           1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası,                     1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi),        5 ədəd piyada əleyhinə mina (OZM-72) və 33 ədəd tank əleyhinə mina (9 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 1 286 351 kv.m ərazi (423 564 kv.m əl ilə, 369 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  380 287 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar – 04 aprel  2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev      və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 123 ədəd partlamamış hərbi sursat, 74 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 341 015 kv.m ərazi (478 228 kv.m əl ilə, 369 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 380 287 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.