Tərtər şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında

Ümumilikdə
Agentlik tərəfindən 01 yanvar – 03 aprel 2017-ci il tarixlərində Ağdam,
Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax,
Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində
7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı
sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma
və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni
avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət
mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 123
ədəd partlamamış hərbi sursat, 74 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə
mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 330 105 kv.m ərazi (477 818 kv.m əl
ilə, 363 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən
cihazı və 376 287 kv.m minaaxtaran itlərin
dəstəyi ilə) yoxlanılmışdır.