Seda Sayan prezidentin xanımına niyə zəng edib?

Türkiyədə evlilik proqramlarının gələn mövsümdən etibarən qadağan olunacağı məsələsi hələ də gündəmdədir
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu formatda verilişlərdən birinin aparıcısı olan müğənni Seda Sayan prezident Rəcəb Tayyip Ərdoğanın xanımı Əminə Ərdoğana zəng edib.
O, evlilik proqramlarının dayandırılmaması üçün razılığa gəlməyi təklif edib. Hələ ki qarşı tərəfin nə dediyi məlum deyil.
Eyni zamanda, bu proqramların yayımlandığı 5 telekanalın rəhbəri Türkiyənin ali televiziya qurumu RTÜK rəhbərliyi ilə görüşüb. RTÜK-dən onlara "Proqramları dayandırın, yoxsa pul cəzaları davam edəcək" deyilib.42-CiParalel.Az