Çin Amerikaya yaxşı tərəfdaş ola bilər

"Çin ümid edir ki, dövlət başçıları Si Cinpin ilə Donald Trampın nəzərdə tutulan görüşü ikitərəfli münasibətlərin inkişafı üçün istiqaməti müəyyən edəcək. Si Cinpin və Donald Trampın ilk görüşündə ikitərəfli, regional, habelə dünyanı narahat edən məsələlər barədə müzakirələr aparılacaq”. 42-CiParalel.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər nazirinin müavini Cen Cıquan Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın aprelin 6-7-də Floridada keçiriləcək görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu görüş yeni dövrdə Çin-ABŞ münasibətləri üçün böyük rol oynayacaq: "Görüş ikitərəfli münasibətlərin sağlam və sabit inkişafı, dünyada, eləcə də Asiya və Sakit okean hövzəsində sülhün, sabitliyin və tərəqqinin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşıyır. Çin və ABŞ-ın çox yaxşı tərəfdaş ola bilər. Tərəflər "heç bir münaqişə”, "heç bir qarşıdurma” və qarşılıqlı hörmət prinsiplərinə riayət etməlidirlər”.