Sənaye məhsullarının istehsalçı qiymətlərinin STATİSTİKASI

{title

2015-ci ilin sentyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 7,5 faiz bahalaşıb, emal sənayesi üzrə 0,5 faiz ucuzlaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrində isə qiymətlərdə dəyişiklik baş verməyib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz bahalaşıb. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,1 faiz bahalaşıb, metal filizlərinin hasilatı üzrə 1,6 faiz ucuzlaşıb, digərlərinin qiymətləri isə sabit qalıb. 
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 3,2 faiz, kimya sənayesi üzrə 2,0 faiz, neft məhsullarının istehsalı üzrə 0,6 faiz, tikinti materiallarının istehsalı üzrə 0,3 faiz ucuzlaşıb, içki istehsalı üzrə 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz bahalaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.