Sabah bu ərazilərdə su olmayacaq

{title

42-ciparalel.az
 

Sabah Abşeron rayonunun Ceyranbatan, Saray qəsəbələrinə, "Qurtuluş” yaşayış massivinə, Novxanı qəsəbəsinin və Binəqədi rayonu Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” ASC-nin məlumata görə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kəmərindən mövcud magistral su kəmərlərinə yeni birləşmələrin verilməsi ilə əlaqədar noyabrın 6-da saat 06:00-dan 24 saat müddətinə su kəsiləcək.