Əflatun Amaşov onlayn mediaya dövlətdən maliyyə ayırmağa çağırdı

{title

Milli Məclisin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet medianın statusunun müəyyənləşdirilməsi məsələsini qaldırıb.

42-CiParalel.Az xəbərinə görə, deputat bildirib ki, domen və hostinq alan insanların bəziləri, internetdə istədiyini yazır.

Onun sözlərinə görə, bunları məhkəmə müstəvisində həll etmək çətindir .

"Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Buna görə də, təklif edirəm ki, internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, onlayn mediaya dövlət tərəfindən maliyyə ayrılsa, bu, yaxşı olar”-deyə Əflatun Amaşov bildirib.