Əli Həsənov jurnalistlərlə birgə Səudiyyə Ərəbistanına gedib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.
42-CiParalel.Az istinadla xəbər verir ki, Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda Prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında media sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, Ə.Həsənovla birgə bir qrup azərbaycanlı jurnalist də Səudiyyə Ərəbistanına yollanıb.