İlk peşə ixtisas təhsili haqqında” qanun hazırlanır

{title

 

Milli Məclisin yaz sessiyası dövründə "İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq.

42-Ciparalel.AZ xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib. Komitə sədri qeyd edib ki, artıq yeni qanun layihəsinin yaradılması istiqamətində işlərə başlanılıb.

 

"Hazırda Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirilir. Ölkəmizdə peşə təhsili sahəsi üzrə indiyədək qanunun olmayıb. "İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üçün bır sıra ölkələrin qanunvericilik bazası ilə tanış olmuşuq. Bir çox ölkələrdə peşə təhsili dövlət, özəl bələdiyyə mülkiyyəti formasında inkişaf edir. Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər”.