"Qalatasaray"ın "Qarabağ"ın rəqibindən aldığı futbolçu İstanbulda

"Qalatasaray"ın dünən İstanbula gələn yeni transferi tibbi müayinədən keçib.
42-CiParalel.Az istindən xəbər verir ki, sarı-qırmızılıların 26 yaşlı futbolçu Qerri Rodriges üçün nə qədər pul xərclədiyi yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, holland əsilli futbolçu "Qalatasaray"a Yunanıstan PAOK-undan gəlib. Futbolçu bu mövsüm "Qarabağ"a qarşı Avropa Liqasında forma geyinib.
Təhməz Təkin
42-CiParalel.Az