Qərib Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti Qərib Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda aqrar elmin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov "Şöhrət” ordeni ilə təltif edilsin.
Modern.az xatırladır ki, Qərib Məmmədov keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə rəhbərlik edib.
O, həm də bir dəfə deputat olub. 1995-ci ildə Azərbaycan Milli Məclisinin (1-ci çağırış) üzvü seçilib.
Qərib Məmmədov 1997-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində çalışıb. 2015-in fevralında Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.42-CiParalel.AZ