Azəraycanın diaspor təşkilatları inkişaf edib möhkəmlənir.

{title

Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bağlı dünya azərbaycanlılarına müraciət edib. 42-CiParalel.Az saytının xəbərinə görə, müraciəti Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. 

Müraciətdə bildirilib ki, Azəraycanın diaspor təşkilatları inkişaf edib möhkəmlənir. 

"Onlar vətəndaşlarımızın müdafiəsi ilə bağlı daha yaxşı işlər görməkdədirlər. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bütün səylərini birləşdirsələr, o zaman Dağlıq Qarabağ problemi də həll olunar. Biz bütün dünya azərbaycanlılarını milli birliyə çağırırıq. Hər kəsi təbrik edir. Möhkəm can sağlığı ailə xpşbəxtliyi nurlu gələcək arzu edirik”. 

Bununla da Milli Məclisin 2016-cı il üçün son iclası bitib və payız sessiyası qapalı elan edilib.