Tam devalvasiyaya cəmi 5 gün qalır

{title

Ölkə mediasını və iqtisadiyyatını silkələyən hadisə baş verib

Mərkəzi Bankın valyuta hərraclarının saxtakarlığı faş olub. 

Ölkənin baş bankındakı vəzifəli şəxslərdən birinin verdiyi məlumata görə, keçirilən hərraclarda satışa nağd dollar çıxarılmır.

AMB formal keçirdiyi hərraclar az qala kosmetik xarakter daşıyır. Satışa çıxarıldığı iddia olunan dollar kütləsi banklara nağd olaraq deyil, depozit şəklində satılır.

Mərkəzi Bankdan özəl banklara tövsiyyə olunur ki, depoziti satışa çıxarsınlar. Məhz buna görə də, banklarda dollar qıtlığı yaranır və ajiotajı yaşanır. Nəticədə isə banklar dollar sata bilmir.

Hazırda dollar satmayan banklar - "Bank of Baku”, "Bank Respublika”, Pakistan Milli Bankının Bakı filialı, Azər-Türk Bank, Ziraat Bank, "Naxçıvanbank”, "Kapital Bank”, "VTB Bank” və "Paşabank”dır. 

Politika.Az-ın xəbərinə görə, bu faktın ifşa edilməsi bütövlükdə bank sistemindəki vəziyyətin mahiyyətini tamamilə açır. Əslində, Azərbaycanda dollar qıtlığının niyə yaranmasının gerçək səbəbləri məlum olur. 

Bəlli olur ki, Mərkəzi Bank banklara dollar paylamır və süni ajiotaj yaradır. Hərraca çıxarılan vəsaitlərin hara yönəldiyi müəmmalı olaraq qalır. 

Bu baxımdan dollar ajiotajı yaşanır. Banklar isə izahat verə bilmir. Onlar Mərkəzi Bankın əməlini ifşa etmək əvəzinə susur və bu yalana şərik olurlar. 

İddialara görə, həmin vəsaitlər AMB-də saxlanır. Baş bankir Elman Rüstəmovun bu siyasətinin səbəbi aydın deyil. Bilinmir ki, niyə belə edirlər. Fakt isə vətəndaşlar əziyyət çəkir və banklarla üz-üzə qalıb. Banklar isə pul verə bilmir. 

2014-cü ildən başlayaraq ölkənin maliyyə-valyuta sistemini məhv edən bu məmurun yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələr böhrandadır. 

Deputat Vahid Əhmədovun və iqtisadçıların verdiyi proqnoz doğru çıxdı - ilin axırında qara bazarda 1 dollar 2 manatdır. 

Dolların satışını dayandıran bankların sayı artır, satanlar isə limiti azaldırlar. Satışı dayandıran bankların sayı artdıqca "qara bazar”da da dollar bahalaşır. 

Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub. 

Ümid ancaq prezident İlham Əliyevə qalıb. Mərkəzi Bank devalvasiyasının növbəti dəfə olacağını nə təkzib edir, nə təsdiq. 

Bu susqunluq dəhşətli bir vahimə yaradır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır. 

Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasının artması istehlak qiymətləri indeksini yüksəldəcək. 

Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub. Manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək.