Azyaşlı faciəli şəkildə öldü

{title

42-ciparalel.az

 

     Ayşən Əsgərzadənin meyiti sudan çıxarılıb və ailəsinə təhvil verilib.

Qaxda bədbəxt hadisə baş verib. 2 yaşlı uşaq çayda boğulub. Hadisə rayonun Tanqıt kəndində qeydə alınıb. 2013-cü il təvəllüdlü Ayşən Natiq qızı Əsgərzadə ailə üzvlərinin gözündən yayınaraq evin arxasından keçən çaya düşüb. Məsələdən xəbər tutan ailə üzvləri dərhal hüquq-mühafizə və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına xəbər veriblər. 

Dərhal əraziyə gələn FHN əməkdaşları çayda axtarışa balayıblar. Aparılan axtarışlardan sonra Ayşən Əsgərzadənin meyiti sudan çıxarılıb və ailəsinə təhvil verilib.

2 yaşlı A. Ələsgərzadə ailənin tək övladıdır.

Hadisənin baş vermə səbəbləri Qax Rayon Prokurorluğu tərəfindən araşdırılır. Oktyabr ayının 8-də də Yevlax rayonunda 3 yaşlı uşağı su aparıb.

Rayonun İslamabad kənd sakini Aytən Ələkbərova və 3 yaşlı övladı Ayxan Əbüfəz oğlu Ələkbərov kanaldan keçmək üçün üzərində olan borunun üzərinə çıxıblar. Elə bu zaman onların ayaqları sürüşüb, ana və övlad suya düşüblər. Axar su onları aparmağa başlayıb. 

Aytən Ələkbərova sudan çıxmağa nail olsa da, Ayxan Ələkbərovu su aparıb. Aparılan araşdırmalar nəticəsində azyaşlı sudan çıxarılıb və ailəsinə təhvil verilib.