Xocalı soyqırımı ilə bağlı qanun layihəsinin təsnifatı - Açıqlanıb

{title

Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı hazırlanacaq yeni qanun layihəsinin təsnifatı bəlli olub.

"42-ciparalel.az” xəbər verir ki, bu barədə "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin Milli Məclisdə keçirilən təqdimatında parlament aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov məlumat verib.

Aparat rəsmisi deyib ki, layihə MM tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq: "Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”.