Mübariz Qurbanlı Bakı Ali Neft Məktəbində

{title

 Bakı Ali Neft Məktəbində (BANM) "Beynəlxalq Tolerantlıq günü” ilə əlaqədar tədbirlər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının BANM-in professor-müəllim heyəti və tələbələrilə görüşü keçirilib.

"42-ciparalel.az” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, o cümlədən komitənin digər əməkdaşları,  "Fitnə” filminin ssenari müəllifi Nadir Bədəlov,  BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirdən öncə dini radikalizmə qarşı mübarizədən bəhs edən "Fitnə” sənədli filmi nümayiş olunub.

E. Qasımov gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından bu kimi ekran əsərlərinin mühüm əhəmiyyət daşıdığını bildirib.  

M. Qurbanlı çıxış edərək ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb.

Tədbirin sonunda rektor E. Qasımov Komitə sədri M. Qurbanlıya "Fəxri qonaq” diplomunu təqdim edib.