Uşaqlar dünyanın bəzəyidir

{title

Uşaqlar bizim hər birimizin xoşbəxtliyi, sevinci, bu günü və gələcəyidir. Bir körpə gülüşündə dünyanın bütün xoşbəxtliyi yaşayır. Nə qədər kədərli, qəmli olsaq belə yenə də fidan balalarımızın məsum çöhrəsindəki şirin gülüşləri bizi bir anlıqda olsun sevindirir, qaranlıq dünyamıza kiçik günəşləri ilə nur çiləyirlər. Bu deyilmi dünyanın xoşbəxtliyi, səadəti? Bu deyilmi ailələrin bəzəyi, ata-ananın arxası, dayağı? 

 
Uşaqlar dünyanın bəzəyidir
 
 
 
 
 
 
Insanlığın yaşadığı bu həyat körpə gülüşündən başlanır. Ağ vərəq tək saf olan körpə şürunda ən məsum duyğular, düşüncələr əks olunub. Üzərində yaşadığımız dünyanın gözəllikləri, günahsızlığı canlanır onların gözlərində. Bu məsumluqlar bizim səadətimizə, xoşbəxtliyimizə çevrilir zaman-zaman. 
 
 

 
Uşaqlar dünyanın bəzəyidir
 
 
 
 
 
 
 
 
Bahara gözəllik verən onun təravəti, çiçəkləri, güllərinin ətridirsə insan ömrünü mənalandıran isə körpələrimiz,uşaqlarımızdır. Atalarımız əbəs yerə deməyib:”uşaqsız ev,susuz dəyirmana bənzəyir”.
 
Uşaqlar dünyanın bəzəyidir