FİFA milli komandalarının yeni reytinq siyahısını açıqladı ( VİDEO )

{title

42-ciparalel.az
FİFA milli komandalarının yeni reytinq siyahısını açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 10 pillə geriləyərək 293 xalla 115-ci pillədə qərarlaşıb.

Reytinq siyahısında milli komandamızın geriləməsinə səbəb AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində son iki turda İtaliya yığmasına (1:3) və Bolqarıstan millisinə (0:2) hesabı ilə məğlub olmasıdır. Bu uğursuz nəticələr milli komandamızın 35 reytinq xalını itirməsinə də səbəb olub.
Yeri gəlmişkən, noyabr ayının 17-də "Milli Olimpiya Stadionu"nda baş tutacaq Azərbaycan - Moldova yoldaşlıq oyunu üçün Moldova millisinə dəvət alan 24 futbolçunun adları açıqlanıb. 

Qapıçılar
İlya Çebanu ("Mordoviya" klubu), Aleksey Koşelev ("Şerif" klubu), Artem Qaydukeviç ("Daçiya" klubu);

Müdafiəçilər
İqor Armaş ( "Kuban" klubu), Viktor Qolovatenko ( "Sibir" klubu), Katalin Karp ( "Styaua" klubu), Vitali Bordiyan ( "Helios" klubu), Ştefan Burqyu, İon Jardan ( hər ikisi "Zimbru" klubu), Semen Bulqaru ( "Daçiya" klubu), Maksim Potırnike ( "Şerif" klubu), Vadiom Boloxan ( "Milsami" klubu);

Yarımmüdafiəçilər
Aleksandr Dedov ( "Tırqu-Mureş" klubu), Aleksandr Antonyuk, Andrey Kojokar ( hər ikisi "Milsami"), Yevgeni Koçuk ( "Daçiya" klubu), Aleksandr Vremya ( "Zimbru" klubu), Aleksandr Onika, Vadim Ratsa ( hər ikisi "Zarya" klubu);

Hücumçular
Nikolay Milinçanu ( "Petrolul" klubu), Radu Qınsar ( "Şerif" klubu), Vladimir Ambros ( "Petrokub" klubu), Sergey İstrati ("Saksan" klubu), Qeorqiy Boqü ( "Zarya" klubu)
 
"Azərbaycan" - "İtaliya" oyunu