Poeziya dəqiqələrindən bir parça

{title

           Mən sənin görüşünə hər səhər can atıram,

       Fəqət neçə səhərim beləcə köçüb gedir

       Körpə uşaqlar kimi özümü aldadıram.

       Bu aldanmış könlümü bilsən neçə incidir.

 

                                       Mən sənin görüşünə can atıram hər axşam,

                                      Istəyirəm ulduzlar yoluma nur çiləsin.

                                       Mən səninçin biləsən nə qədər darıxmışam,

                                       Bircə an görüm səni,barı qəlbim dincəlsin.

 

      Mən səni görməkçün sel olmaq istəyirəm,

      Keçilməz sədlər keçib,dincəlməyim bir an da.

      Bəzən xəyallarımla tək qalmaq istəyirəm,

      Xəyalən görüm səni ürəyim darıxanda.

                                     

                                     Mən sənin görüşünü ömrüm günüm sanmışam,

                                     Mən ömrümə günümə necə can atmayım bəs?

                                     Bir el məsəli vardır,mən ona inanmışam:

                                     "Quşda öz yuvasından ayrı yaşaya bilməz”.

 

    Mən sənin görüşünə can atıram aramsız,

    Ömrümdən yarpaq-yarpaq düşsə də günlər mənim.

    Könlüm rahatlığını səndə tapacaq yalnız, 

    Görməyə can atdığım ey həyatim canim mənim.