Əhməd Əhmədzadə və onun irimiqyaslı biznesi

Əhməd Əhmədzadə ölkənin starteji sahələrindən birinə rəhbərlik etməsinə baxmayaraq, onun haqqında olduqca pis xəbərlərə tez-tez rast gəlirik. Dövlət Müstəqilliyi Haqda Konstitusiya aktının əleyhinə səs verən «su şefi» adı ilə tanınan nazir hər il dövlət büdcəsindən milyonlarla ayrılan pulu hara xərcləyir?
Belə ki, onun rəhbərlik etdiyi sahədə durum acınacaqlıdır. Bunu rayonlarımızda baş verən bir az təbii, bir az da qeyri-təbii fəlakətlər çox açıq şəkildə sübuta yetirir.
Onu da qeyd etmek lazımdır ki, bu qurum büdcədə nəzərdə tutulduğundan əlavə il ərzində Prezidentin ehtiyat fondundan da maliyyə ala bilir.
Lakin bütün bunlara baxmayaraq vəzifədə olduğu 10 illik müddət ərzində bu sahəyə ayrılan vəsaitlərin yetərli hissəsi ilə özünə biznes qurub, maliyyə imkanlarını artırıb. Belə ki, Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə atasının sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Araşdırmalarımızdan aydın oldu ki, Qax, Zaqatala və Balakən rayonlarında möhkəmlənən Əhmədzadələr bu regionda müxtəlif turizim obyektlərinə, otellərə, restoranlara və çoxlu sayda müxtəlif sahəli obyektlərə sahibdirlər. Adı çəkilən rayonlardakı bütün biznesa sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar Cuma Əhmədzadənin adına olan "Uluyurd” MMC şirkətinin nəzdində və nəzarətindədir. Qeyd edək ki, hazırda Qax rayonunda olan "El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” " Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponteonatı və "Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadəyə məxsusdur.
Qeyd etmək lazımdır ki, Cuma Əhmədzadənin biznesi bununla bitmir. Onun xaricdə- İngiltərə və Çexiyada 2 şirkəti - "ALPS s.r.o.”, "GYUNEL LİMİTED” fəaliyyət göstərir.
Bunlardan başqa nazir əlindəki imkanlardan istifadə edərək öz yaxın qohumlarını da müxtəlif vəzifələrə yerləşdirib. Belə ki, yuxarıda qeyd etdiyimiz rayonlara məhz onun ən yaxın qohumları başçılıq edir. Zaqatala rayonu onun Kipirdə qurduğu bizneslə tanınan qardaşı Mübariz Əhmədzadənin nəzarəti altındadır.
Bir sözlə desək fəaliyyət göstərdiyi «Meliorasiya və Su Təsərrüfatı» ASC bu 10 ildə Əhməd Əhmədzadəni və onun yaxın qohumlarını biznesmenə çevirib.
Bildiyimiz kimi bir neçə qurum və təşkilatlar ləğv olunmaqdadır. Ləğvi gözlənilən qurumlardan biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC-dir.
Son vaxtlar internetde yayılan bu xəbər Yəqin ki Əhmədzadələr üçün üzücü xəbər olmaz.... Çünki sabahını düşünərərk nazir bu gün özü üçün böyük biznes şirkəti qurmuşdur. Adlarının çoxunu qeyd etmədiyimiz bu şirkətlər Əhmədzadələr üçün böyük dayaqdır.