Yağlı dəri üçün gül suyu

Evinizdə gül suyu maskasını rahatlıqla hazırlayaraq, dərinizi yağlardan və sızanaqlardan azad edə bilərsiniz.
Lazım olanlar:
1 yemək qaşığı gül suyu
1 yemək qaşığı çay sodası
Hazırlanma qaydası:
Gül suyu və çay sodasını məlhəm halına gətirin. Üzünüzə çəkdikdən 15 dəqiqə sonra yuyun. Çay sodası dəridə ifraz olunan yağları məhv edir. Gül suyu isə möhkəmləşdirici xüsusiyyəti ilə açılan məsamələri rahatlaşdırır.
Bu maskanı iki gündən bir istifadə edə bilərsiniz.