Şamaxı rayon xəstəxanasındakı özbaşınalıqlar

Hər kəsə yaxşı bəllidir ki, son illər dövlət xəstəxanalarında özbaşınalıq və korrupsiya geniş şəkildə tüğyan edir. Əyalət rayonlarında isə bu daha dəhşətlidir. Gözdən uzaq, könüldən iraq rayon mərkəzi xəstəxanalarında biabrçılıq pik həddədir. Belə bir xəstəxanalardan biri Şamaxı rayon mərkəzi xəstəxanasıdır ki, burda nə desən neqativlər var. Özü də ən dəhşətli şəkildə.
Araşdırmalar zamanı bəlli olub ki, Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi rüşvətə daha meyilli olmaqla həm də narkoman, narkobaronların qəbulu ilə məşğuldur. Bir sözlə 2 dəfə məhkumluq həyatı yaşamış baş həkim narkotik istifadə edərək xəstəxananı "hallana- hallana" idarə edir. Baş həkimin müavini isə fərqli həyat tərzi keçirir. Müavin baş həkimindən fərqli olaraq hallanmır sadəcə işdə eyş- işrətlə vaxtını keçirir. Xoşuna gələn tibb bacıları baş həkimin müavini Xanlar həkimə "xüsusi xidmət" göstərməlidir.Yoxsa əks halda işlərini itirə bilərlər.Buda əxlaqsızlığın son həddidir. Daxil olan mənbəyə görə Xanlar həkim kabinetində əxlaqsızlıqla məşğul olduğunun dəfələrlə şahidi olanlar var.Xəstəxana deyil xalis operettadır...
Şamaxı rayon Mərkəzi Xəstəxanasında 50-dən çox "ölü can” işləyir. Tibb ocağının baş həkimi Elxan Məmmədov da öz növbəsində hər ay bankomatlardan onların əmək haqlarını götürərək şəxsi işlərinə sərf edir. Sözügedən işçilərin əksəriyyəti saxta diplomlu olmasına baxmayaraq, adları tibb işçisi kimi keçir.
42-ciparalel.az saytı BakuPress.AZ-a istinadən xəbər verir ki, adı ştatda olan və işə gəlməyən "ölü əməkdaş”lar baş həkimin qazanc mənbəyindən biridir.
E.Məmmədovun bu pulları məclislərdə, dostları ilə keçirdiyi asudə vaxtlarda xərclədiyi deyilir. Baş həkimin xəstəxanada yaranmış dəhşətli şəraitdən isə heç bir narahatlığı yoxdur.
Xüsusilə doğum və ginekologiya şöbələrində vəziyyətin son dərəcə təhlükəli fəsadlara yol aça bilər. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində həkimlər yaxşı gəlir əldə edir. Bu isə baş həkimin kisəsinə gedir.
Apardığımız araşdırmalarda Şamaxı Mərkəzi Xəstəxanasında "od tutub" yanan qiymətlərdən də bəhs edilir. Məlum olub ki, hazırda xəstəxanada qan analizinin qiyməti 25 manat, USM-dən keçmək 15 manat, rentegen müayinəsi 25 manat, sürücülük vəsiqəsi alanlar üçün sağlamlıq arayışı 30 manat, nigaha daxil olmaq üçün sağlamlıq arayışı 50 manatdır. «Bu qiymətləri həkimlər yox, baş həkimElxan Məmmədov təyin edib. Kimsə bu qiymətdən bir qəpik aşağı pul ala bilməz». Xəstəxana rəhbəri güzəştli kateqoriyadan olan xəstələrə də pulsuz dərmanların verilməsinə icazə vermir. Vətəndaşlar məcburiyyət qarşısında qalaraq həmin dərmanları pulla alırlar. Bundan əlavə ağır xəstələr üçün cərahiyyə şöbəsinə nazirlikdən ayrılan "travmadol" və "morfi" adlı iynələr Elxan həkim tərəfindən narkomanlara baha qiymətə satılır.Odur ki,günün hansı vaxtı gedsəniz Şamaxı xəstəxanasının həyətindən pilləkənlərinə qədər narkomanlarla rastlaşa bilərsiniz.
Xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur.
Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çoxdan olduğu məlum olar.
Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Buna görə də Şamaxıda əhali pulun dərdindən çox zaman doğuşları evdə keçirir ki,buda sonda təhlükə və ölümlə nəticələnir.Adı çəkilən xəstəxanadakı mövcud problemlərlə bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, xəstəxanada xəstələr üçün heç bir şərait yoxdur. Şəraitsizlik, antisanitariya və rüşvət həmin xəstəxananın devizidir. Bu tibb oçağında "rüşvət ayaq açıb yeriyir”. Burada olan ağxalatlılar isə özlərini bazar dəllalları kimi aparırlar. Xəstəyə pul mənbəyi kimi baxırlar. Pulu olmayan xəstə geri qaytarılır. Məlumatda bildirilir ki, əgər pulun yoxdursa, xətəxananın qapısından içəri girə bilməzsən. Başda baş həkim olmaqla, heç bir həkim maddi durumu aşağı olan xəstəni qəbul etmir. Və həkimlər bildirir ki, bizlik deyil, baş həkimin qərarıdır. Xəstəxananın bütün xəstələri qəbul etməyə imkanı yoxdur. Bütün bunları isə tibbi vəsaitlərin, tibbi dərmanların, tibbi avadanlıqların və ən nəhayət kadr çatışmazlığı ilə əlaqələndirirlər. Hüququnu bilən xəstələr mübarizə aparmağa çalışırlar. Lakin hüququnu bilməyən xəstələr isə gəldikləri kimi də gedirlər. Həkimlər hüquqlarını bilən xəstələrə isə hədə-qorxu gələrək gedin hara istəyirsiniz şikayət edin deyirlər. rayon xəstəxanasında insan sağlamlığını etibar etmək üçün barmaqla sayılacaq qədər peşəkar həkimlər var. Həkimlərin əsasən də tibb bacılarının əksəriyyəti baş həkimin tanış-tunuşudur. Ona görə də orada hansısa bir tibbi keyfiyyətdən söhbət gedə bilməz.
P.S Mütamadi olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı mətbuatda silsilə yazılar olunub. Hətta baş həkimin iki dəfə məhkumluq həyatı da həmin yazılarda əks olunub. Lakin Səhiyyə Nazirliyi göstərdiyimiz faktları qulaq ardına vurur. Yenədə inanırıq ki, tezliklə bu xüsusda araşdırmalara başlanılacaq, baş həkimin qanundankənar davranışları yoxlanılacaqdır.
Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...